"Aston Martin" Formula 1 avtomobili rənglərində uşaq arabası istehsal edib

Xəbərlər
12 Sentyabr 2025 01:28
36
"Aston Martin" Formula 1 avtomobili rənglərində uşaq arabası istehsal edib

"Aston Martin" Britaniyanın "egg" brendi ilə birlikdə uşaq arabaları seriyasını təqdim edib.

İdman.biz bildirir ki, arabalar üç rəng qammasında buraxılıb, onlardan biri "Aston Martin"in Formula 1 yarış avtomobillərinin rənglərini təkrarlayır.

Uşaq arabaları "egg" brendinin sahibi olan "BabyStyle"ın modelləri əsasında hazırlanıb, "Aston Martin" kolleksiyasında isə brendin avtomobillərindən ilhamlanan elementlər var.

Kolleksiyanın ictimaiyyətə təqdimatı Kölndə keçirilən sərgidə baş tutub. "Aston Martin" və "egg" arasında əməkdaşlıq çərçivəsində yaradılmış uşaq arabaları 2025-ci ilin dördüncü rübündə satışa çıxarılacaq.

İdman.biz