Sarcent daha bir il “Uilyams”da çıxış edəcək

Xəbərlər
1 Dekabr 2023 21:35
260
Sarcent daha bir il “Uilyams”da çıxış  edəcək

"Formula-1"in amerikalı pilotu Loqan Sarcent “Uilyams”la müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, 22 yaşlı sürücü 2024-cü ilin sonunadək komandada çıxış edəcək.

“Burada qalıb, əməkdaşlığı davam etdirdiyim üçün çox şadam. “Uilyams”ın növbəti ilə böyük planları var. Yeni mövsümdə komandanın uğurlarının bir hissəsi olmağı səbirsizliklə gözləyirəm”, deyə Sercant açıqlamasında bildirib.

Qeyd edək ki, Loqan başa çatan mövsümdə “Formula-1”də debüt edib. O, sürücülərin yarışında yalnız çempionatı vaxtından əvvəl tərk edən Nik de Vrisi qabaqlayıb. Sarcent yeganə xalı dogma ABŞ Qran-Prisində qazanıb.

İdman.biz