Formula-1 üzrə dünya çempionatının Mayami mərhələsinin müqavilə müddəti uzadılıb.
İdman.biz xəbər verir ki, bu barədə qurumun prezidenti Stefano Dominakali açıqlama yayıb.
Florida ştatı ilə Avtomobil İdman Federasiyası (FIA) arasındakı əvvəlki razılaşma 2031-ci ilədək nəzərdə tutulmuşdu. Tərəflər bu müddətin daha 10 il müddətinə uzadılmasına qərar veriblər.
Qeyd edək ki, Mayami Qran-prisi 2022-ci ildən keçirilir. Dünya çempionatının növbəti yarışı bazar günü təşkil olunacaq.
İdman.biz