Mayami Qran-prisində sürpriz lider

Xəbərlər
3 May 2025 19:21
168
Mayami Qran-prisində sürpriz lider

Formula-1 üzrə Mayami Qran-prisinin təsnifat mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, "Mersedes" pilotu Kimi Antonelli sprint yarışına ilk pillədən start götürəcək.

Bu mövsümdən Formula-1-də çıxış edən gənc sürücünün nəticəsi çoxları üçün sürpriz olub. Kimi "Maklaren"dən olan həmkarlarını qabaqlayıb. Oskat Piastri ikinci, Lando Norris isə üçüncü pillədə yer alıb. Son dörd mövsümün çempionu Maks Ferstappen isə təsnifatı 4-cü yerdə başa vurub.

Qeyd edək ki, Mayami Qran-prisi sprint yarışı bu gün saat 20:00-da start götürəcək.

Start düzülüşü

1. Andrea Kimi Antonelli ("Mersedes")
2. Oskar Piastri ("Maklaren")
3. Lando Norris ("Maklaren")
4. Maks Ferstappen ("Red Bull")
5. Corc Rassel ("Mersedes")
6. Çarlz Lekler ("Ferrari")
7. Lyuis Həmilton ("Ferrari")
8. Alexander Albon ("Uilyams")
9. İsak Həccar ("Rasinq Bull")
10. Fernando Alonso ("Aston Martin")
11. Niko Hülkenberq ("Kik-Sauber")
12. Esteban Okon ("Haas")
13. Pyer Qasli ("Alpin")
14. Liam Louson ("Rasinq Bull")
15. Karlos Sayns ("Uilyams")
16. Lance Stroll ("Aston Martin")
17. Cek Dueyn ("Alpin")
18. Qabriel Bortoleto (“Kik-Sauber”)
19. Oliver Berman ("Haas")
Yuki Tsunoda ("Red Bull") - pit-leyndən start götürəcək.

İdman.biz