Sprintdə Norris qalib gəlib, Ferstappen 1-ci sıradan start götürəcək

Xəbərlər
4 May 2025 02:29
461
Sprintdə Norris qalib gəlib, Ferstappen 1-ci sıradan start götürəcək

Formula-1 üzrə dünya çempionatının Mayami Qran-prisində sprint yarışı keçirilib.

İdman.biz xəbər verir ki, 18 dövrədən ibarət mübarizənin qalibi Lando Norris olub.

"Maklaren"in pilotu komanda yoldaşı Oskar Piastri və "Ferrari"dən Lyuis Hemiltonu arxada qoyub. 4-cü yeri tutan Maks Ferstappen 10 saniyə diskvalifikasiya olunduğu üçün 17-ci pilləyədək geriləyib.

Bu nəticələrdən sonra sürücülərin cədvəlində Piastri 106 xalla ilk pillədə qərarlaşıb. Norrisin hesabında 97, Ferstappenin isə 87 xal var.

Mayami Qran-Prisində əsas yarış bu gün saat 23:50-da start götürəcək.

Qeyd edək ki, Maks Ferstappen təsnifatın qalibi olub və yarışa 1-ci sıradan start götürəcək.

İdman.biz