Jak Vilnöv: “Lekler heç vaxt çempion olmayacağını anlamağa başlayır”

Xəbərlər
7 Sentyabr 2025 06:23
47
Jak Vilnöv: “Lekler heç vaxt çempion olmayacağını anlamağa başlayır”

1997-ci ilin Formula 1 çempionu Jak Vilnöv “Ferrari” pilotu Şarl Lekler haqqında fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, kanadalı pilot Leklerin məyus olduğunu deyib.

"Çünki o, yəqin ki, heç vaxt Formula 1 çempionu olmayacağını başa düşməyə başlayır. Hər şey pis gedir və daha da pisləşəcək. Gələn il tamamilə yeni qaydalar qüvvəyə minəcək. Şarl üçün çətin dövr başlayacaq. O, uzun müddətdir ki oradadır və ulduzu çox da parlamır", - Vilnöv deyib.

Daha əvvəl Vilnöv başqa bir “Ferrari” pilotu Lyuis Hemiltonun zəif nəticələrə görə karyerasını bitirməyəcəyini bildirib.

İdman.biz