Formula 1-in ikiqat çempionu, "Aston Martin" komandasının pilotu Fernando Alonso dünya çempionatında yarışların məsafəsinin mümkün azaldılmasından danışıb.
İdman.biz xəbər veir ki, bu barədə daha əvvəl Formula 1-in baş direktoru Stefano Domenikali rəy bildirib.
"Qısa yarışlar? Bilmirəm, bu baş verəndə mən artıq televizora baxacağam. Zarafat bir yana, Domenikali ilə biz etibarlı əllərdəyik. Amma məncə, Qran Prini qısaltmağa ehtiyac yoxdur. Futbol matçları kifayət qədər uzundur. Ancaq heç kim matçların 60 dəqiqəyədək azaltmaq və ya buna bənzər bir şey etməkdən danışmır.
Bu, cəmiyyət və uşaqlar üçün problemdir, amma idman üçün deyil, ona görə də buna ehtiyac olduğunu düşünmürəm”, - Alonso deyib.
İdman.biz