Lyuis Hemilton İsak Hacar barədə: "Onu parlaq gələcək gözləyir"

Xəbərlər
2 Sentyabr 2025 07:31
46
Lyuis Hemilton İsak Hacar barədə: "Onu parlaq gələcək gözləyir"

40 yaşlı yeddiqat Formula 1 çempionu və "Ferrari" pilotu Lyuis Hemilton "Racing Bulls" komandasının 20 yaşlı pilotu İsak Hacarı yüksək dəyərləndirir.

İdman.biz bildirir ki, Əlcəzair əsilli fransalı pilot Hacar bu il Formula 1-də debüt mövsümünü keçirir.

"İsakın pilot kimi inkişaf etdiyini görmək çox gözəldir, o, həqiqətən də əla oğlandır. Ona görə də onu parlaq gələcək gözləyir", - Hemilton deyib.

Xatırladaq ki, 20 yaşlı Hacar Niderland Qran Prisində üçüncü yeri tutaraq, Formula 1 yarışında podiuma çıxan ən gənc fransalı pilot olub.

İdman.biz