"Kadillak" "Red Bull"un keçmiş rəhbərinə tapşırılır

Xəbərlər
18 Avqust 2025 20:17
38
"Kadillak" "Red Bull"un keçmiş rəhbərinə tapşırılır

Formula-1 komandası "Red Bull"un keçmiş rəhbəri Kristian Horner özünə yeni iş yeri tapmağa yaxındır.

İdman.biz xəbər verir ki, onun "Kadillak"a başçılıq etməsi gözlənilir.

Növbəti mövsümdə Formula-1-də çıxış edəcək ABŞ komandası təcrübəli mütəxəssislə danışıqlar aparır. Horner şirkətin hazırladığı layihə ilə tanış olub və yaxın günlərdə tərəflərin əməkdaşlığa başlaması gözlənilir.

Qeyd edək ki, "Kadillak" Hornerin başçılığı ilə 3 il "Red Bull"da Serxio Pereslə də danışıqlar aparır. Meksikalı sürücünün komandaya keçmə ehtimalı yüksəkdir.

İdman.biz