ABŞ-ni təmsil edəcək “Kadillak” komandasının ilk pilotu bəlli olub

Xəbərlər
12 Avqust 2025 17:15
39
ABŞ-ni təmsil edəcək “Kadillak” komandasının ilk pilotu bəlli olub

Meksikalı pilot Serxio Peres Formula 1-də “Kadillak” komandası ilə müqavilə imzalamaq barədə razılığa gəlib.

İdman.biz xəbər verir ki, bu barədə "PlanetF1" vəziyyətə yaxın bir neçə mənbəyə istinadən məlumat yayıb.

Bununla bağlı rəsmi açıqlamanın sentyabrın 5-7-də Monzada keçiriləcək İtaliya Qran Prisində olacağı gözlənilir.

ABŞ-ni təmsil edəcək yeni komanda 2026-cı il mövsümündən etibarən Formula 1 üzrə dünya çempionatının 11-ci iştirakçısı olacaq.

Ötən mövsüm “Red Bull” komandasının heyətində çıxış edən Peres ümumi sıralamada 152 xalla 8-ci yeri tutub. Həmin vaxt onun komanda yoldaşı Maks Ferstappen dünya çempionu olub. Peres mövsümün sonunda Avstriya komandasından ayrılıb.

İdman.biz

Məqalədə: