Üç yarışdan sonra - Azərbaycan Qran-Prisi

Xəbərlər
29 İyul 2025 13:43
42
Üç yarışdan sonra - Azərbaycan Qran-Prisi

Formula 1-də Avropa mərhələləri davam etdikcə Azərbaycan Qran-Prisini yaxınlaşır.

İdman.biz xəbər verir ki, Belçikanın Spa şəhərindəki yarışdan sonra dünya çempionatının iştirakçıları yenidən Macarıstana yollanırlar.

Avqustun 1-3-də "Hungaroring" avtodromunda Formula 1-in növbəti mərhələsi keçiriləcək.

Sentyabrın 19-21-ə təyin olunan Azərbaycan Qran-Prisinin startınadək Formula 1-də üç yarış olacaq - Macarıstandan sonra Niderland və İtaliyada.

Qeyd edək ki, hazırda çempionatın lideri “McLaren” komandasının pilotu Oskar Piastridir: o, keçən il Bakıda qalib gəlib.

İdman.biz