Formula 1 könüllüsü: “Prosesləri ötən il də keçdiyim üçün çətin olmadı”

Xəbərlər
5 İyun 2025 17:03
175
Formula 1 könüllüsü: “Prosesləri ötən il də keçdiyim üçün çətin olmadı”

“Könüllülük proqramları sayəsində komanda ilə işləmə bacarıqlarımızı inkişaf etdiririk”.

Bunu İdman.biz-ə Formula 1 üzrə Azərbaycan Qran-prisində könüllü olmaq üçün müraciət edən Tuncay Əliyev deyib.

O bildirib ki, artıq iki ildir Bakı Şəhər Halqasının könüllülük proqramlarında iştirak edir: “Fikrimcə, könüllülük insanları real iş mühiti ilə tanış edir və faydalı təcrübələr qazandırır. Bu il həm MDB oyunları, həm də Formula 1 üçün qeydiyyatdan keçmişəm. Bu gün Formula 1 müsahibə mərhələsində iştirak etdim. Məni çox xoş qarşıladılar. Prosesləri ötən il də keçdiyim üçün çətin olmadı. Ümid edirəm ki, nəticə müsbət olacaq”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Aytac Sahəd
İdman.biz