Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmisi: “Bu, könüllü hərəkatı üçün rekord nəticə idi”

Xəbərlər
5 İyun 2025 16:29
83
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmisi: “Bu, könüllü hərəkatı üçün rekord nəticə idi”

“Formula 1 Azərbaycan Qran-prisinə könüllülərin apreldən qeydiyyatı başlamışdı”.

İdman.biz xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə mütəxəssisi Əli Xəlilov deyib.

O bildirib ki, yarış üçün rekord sayda könüllü müraciət edib: “Cəmi 48 saat ərzində otuz bir mindən çox namizəd qeydiyyatdan keçmişdi. Bu, həm bizim proqram, həm də ümumi könüllü hərəkatı üçün rekord nəticə idi. Qeydiyyat prosesi bitdikdən sonra nəticələrə peşəkar komandamız tərəfindən baxılıb. Bundan sonra isə müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinin başlamasından üç həftə keçib. Artıq 7 mindən çox namizəd müsahibə mərhələsində iştirak edib. Proses qarşıdakı həftələrdə də davam edəcək. Daha sonra isə təlimlərə start veriləcək”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Aytac Sahəd
İdman.biz