"McLaren" komandasının pilotu Oskar Piastri İspaniya Qran Prisinin qalibi olub.
İdman.biz xəbər verir ki, avstraliyalının komanda yoldaşı britaniyalı Lando Norris ikinci, "Ferrari"nin pilotu monakolu Şarl Lekler isə üçüncü yeri tutublar.
Doqquz mərhələdən sonra Piastri 186 xalla liderlik edir. Norris 176 xalla ikinci, niderlandlı Maks Ferstappen də 137 xalla üçüncüdür.
İdman.biz