Maks Ferstappen növbəti mövsümə "Red Bull"da başlayacaq

Xəbərlər
17 May 2025 18:23
29
Maks Ferstappen növbəti mövsümə "Red Bull"da başlayacaq

Formula-1 üzrə 4 qat dünya çempionu Maks Ferstappen gələcəyi ilə bağlı müsahibə verib.

İdman.biz xəbər verir ki, o, növbəti mövsümə də "Red Bull"da başlamaq istədiyini deyib.

"Mən həmişə gələcək barədə düşünmüşəm. Hətta ən uğurlu illərdə. Bu baxımdan hazırda çox rahatam. Gələn il "Red Bull"da çıxış edəcəyimi daima demişəm. Bizim fikrimiz belədir. Əgər hər şey heç də yaxşı getməzsə, amma komandadan getmək planımız yoxdur".

Qeyd edək ki, Ferstappen bu gün Emilia-Romani Qran-prisinin təsnifat mərhələsində çıxış edir. Əsas yarış sabah saat 17:00-da start götürəcək.

İdman.biz