Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Formula 1 üzrə Azərbaycan Qran-prisinin "Sea Breeze"dəki süni adada keçirilməsinə dair yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumun milli mətbuat katibi Arzu Hüseynova İdman.biz-ə açıqlamasında bildirib ki, hələlik sözügedən məsələ ilə bağlı qərar verilməyib: “Azərbaycanın Formula 1-lə müqaviləsinə əsasən yarış Bakı Şəhər Halqasında keçirilir. Hazırda ünvan dəyişməsi ilə bağlı yenilik yoxdur”.
Qeyd edək ki, Bakı Formula 1 yarışlarına 2017-ci ildən ev sahibliyi etməyə başlayıb.
Aytac Sahəd
İdman.biz