Formula 1 yarışı 75 illiyini qeyd edir - FOTO

Xəbərlər
14 May 2025 12:58
62
Formula 1 yarışı 75 illiyini qeyd edir - FOTO

Mərhələlərindən biri Bakıda keçirilən Formula 1-in yaranmasının 75 illiyi qeyd olunur.

İdman.biz xəbər verir ki, 1950-ci ildə İngiltərənin Silverstoun şəhərində ilk Formula 1 yarışına start verilib.

İlk dünya çempionatının mövsümü yeddi mərhələdən ibarət olub və bu, dramatik, parlaq qələbələr və yeniliklərlə dolu 75 illik yubileyin başlanğıcı idi.

Bu tarixi hadisənin 75-ci ildönümünü qeyd etmək üçün Formula 1 həmin yarışda baş verən hadisələrdən bəhs edən rəngləri bərpa edilmiş fotoşəkillər yayımlayıb.

Mütəxəssislər komandası müasir rəngləmə üsullarından istifadə etməklə, italyan yarışçısı Cüzeppe “Nino” Farinanın “Alfa Romeo”nun sükanı arxasında qələbəsini əks etdirən 75 il əvvəlki fotoxronikalarla işləyib.

İdman.biz