“Red Bull” komandasının meksikalı pilotu Serxio Peres Maks Verstappenə qarşı mübarizə apara biləcək gücdə olan pilot deyil”.
İdman.az xəbər verir ki, bunu “Formula 1”in keçmiş idman direktoru Ros Braun 2024-cü il mövsümü ilə bağlı gözləntilərdən danışarkən bildirib.
O, əlavə edib ki, mövcud durumda onlar dominant olsalar da, zamanla hər şey aydınlaşacaq: "Düzünü desəm, ikinci boliddə daha rəqabətədavamlı birini görmək istərdim, təəssüf ki, Serxio Maksa qarşı o qədər də rəqabət aparmır. Dominant bir avtomobiliniz olsa belə, nəticəni əldən verə bilərsiniz”.
İdman.biz