“Maklaren” pilotu Lando Norris “Formula-1” tarixinə düşüb.
İdman.biz saytı xəbər verir ki, britaniyalı sürücü qələbə qazanmadan 13-cü dəfə podiumda yer alıb.
23 yaşlı Lando Brazilya Qran-Prisində 2-ci yeri tutaraq, almaniyalı Nik Hayfeldin göstəricisini təkrarlayıb. Norris karyerası ərzində 7 dəfə ikinci, 6 dəfə isə üçüncü yeri tutub. Britaniyalı pilot ilk dəfə 2020-ci ildə Avstriya Qran-Prisində podiumda yer alıb.
İdman.biz