Ferstappen 71 illik “Formula 1” rekordunu yeniləyib

Xəbərlər
6 Noyabr 2023 17:58
272
Ferstappen 71 illik “Formula 1” rekordunu yeniləyib

“Red Bull” komandasının sürücüsü Maks Ferstappen cari mövsümdə qalibiyyət faizi üzrə Alberto Askarinin 71 illik rekordunu qırıb.

İdman.biz xəbər verir ki, Braziliya Qran Prisindəki qələbə 26 yaşlı niderlandlının mövsümdə 17-ci qələbəsi olub.

Qeyd edək ki, ümumilikdə mövsümə 22 mərhələ daxildir. Ferstapen növbəti 2 yarışı qazana bilməsə belə, onun faizi istənilən halda 75-dən yuxarı olacaq (minimum 77,3).
Xatırladaq ki, 1952-ci ildə italiyalı Alberto səkkiz yarışdan altısında qalib gələrək 75 faiz nəticə əldə edib.

İdman.biz