“Spirinti həftə sonlarından qurtulmalıyıq”.
İdman.biz xəbər verir ki, bunu “Formula 1”də ardıcıl 3-cü dəfə dünya çempionu olan “Red Bull” komandasının pilotu Maks Ferstappen deyib.
Niderlandlı pilot Formula-1 də dəyişikliklərin olmasına qəti şəkildə pisləyib: “Niyə yeni bir şey icad etməyə çalışmalıyıq? Bu çılğın səslənir: "Oh, biz bir şey tapmalıyıq". Futbolda da digər idman növlərində olduğu kimi qaydalar dəyişmir. Bu, 100 ildir ki, belədir. Nə üçün birdən-birə başqa bir şey icad etməliyik ki, onu maraqlı etməyə cəhd edək? Düşünürəm ki, yarış olanda bütün maşınlar bir-birinə yaxın olanda, sprint formatına ehtiyac yoxdur”.
Qeyd edək ki, Formula-1-də mövsümün 21-ci yarışı olan Braziliya Qran-prisi noyabrın 5-də keçiriləcək.
İdman.biz