“Formula-1” komandası “Aston Martin” səhmlərinin bir hissəsini satıb.
İdman.biz xəbər verir ki, satış bu gün London birjasında baş tutub.
Böyük Britaniya komandası təxminən 15 faizlik səhm paketini qarşı tərəfə təklif edib. Razılaşmanın dəyəri 300 milyon avro olub.
Qeyd edək ki, az əvvəl “Aston Martin”in rəhbərliyinin dəyişəcəyi məlumatı yayılmışdı.
İdman.biz