Britaniyalı sürücüdən özünütənqid

Xəbərlər
11 Oktyabr 2023 22:56
289
Britaniyalı sürücüdən özünütənqid

“Formula-1” pilotu Corc Rassell mövsümdəki nəticələr barədə danışıb.

İdman.biz saytı xəbər verir ki, “Mersedes”in britaniyalı sürücüsü çıxışını faciəvi adlandırıb.

Rasssell mövsümün qalan hissəsində komandasının Mühəndislər kubokunda 2-ci yer uğrunda yarışacağı və yaxşı nəticələr əldə edəcəyini ümidvar olduğunu bildirib: “Mövsümün qalan hissəsində komandanın ikinci yeri tutmasına köklənmişəm. “Mersedes”in Qətərdəki nəticələrə görə çox məyusam. Şəxsi nəticələrə gəlincə, mövsüm tamamilə faciəvi alındı”.

Qeyd edək ki, britaniyalı pilot cəmi 120 xalla 8-ci pillədə yer alıb.

İdman.biz