"Formula-1" Azərbaycan Qran-prisi: Sərbəst yürüş başa çatıb - FOTO - VİDEO

Xəbərlər
13 Sentyabr 2024 14:34
693
"Formula-1" Azərbaycan Qran-prisi: Sərbəst yürüş başa çatıb - FOTO - VİDEO

"Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşü başa çatıb.

Ən yaxşı nəticəni “Oracle Red Bull Racing” komandasının pilotu Maks Verstappen göstərib.

İdman.biz xəbər verir ki, uzunluğu 6 km olan Bakı trekində 10 komanda iştirak edib.

Sonrakı yerlərdə “Mercedes-AMG Petronas” komandasının pilotu Lyis Hamilton və “Oracle Red Bull Racing” komandasının digər pilotu Serxio Perez qərarlaşıb.

***

13:30

"Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşü start götürüb.

İdman.biz xəbər verir ki, uzunluğu 6 km olan Bakı trekində 10 komanda iştirak edir.

Qeyd edək ki, Bakıda 7-ci dəfə baş tutan “Formula-1” sentyabrın 15-də başa çatacaq.

***

12:05

Bu gün Bakıda start götürən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

İdman.biz xəbər verir ki, ən yaxşı nəticəni "Van Amersfoort Racing"in pilotu Entso Fittipaldi göstərib.

***

11:18

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi başlayır.

İdman.biz xəbər verir ki, "Formula 1"də iki test yürüşü, "Formula 2"də isə sıralama turu keçiriləcək.

"Qran-pri"də 10 komandadan 20 pilot qələbə uğrunda yarışa çıxacaq. Yarış trekinin uzunluğu 6 km-dir.

Bundan əlavə, "Formula-2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turu gerçəkləşəcək.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

11:00. "Formula 2": Sərbəst yürüş
13:30. "Formula 1": Birinci sərbəst yürüş
15:00. "Formula 2": Sıralama turu
17:00. "Formula 1": İkinci sərbəst yürüş

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

İdman.biz

Məqalədə: