Misli Premyer Liqası: "Sumqayıt" "Kəpəz"ə qarşı

Xəbərlər
17 Avqust 2025 09:34
49
Misli Premyer Liqası: "Sumqayıt" "Kəpəz"ə qarşı

Misli Premyer Liqasında bu gün I turun daha 1 oyunu keçiriləcək.

İdman.biz xəbər verir ki, günə Sumqayıtda start veriləcək.

"Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq. "Kimyaçılar" yeni baş məşqçi Saşa İliçin rəhbərliyi altında ilk rəsmi matçına çıxacaq. Gəncə təmsilçisi də mövsümə yeni-köhnə baş məşqçi ilə başlayacaq. Ötən mövsüm istefaya göndərilən Adil Şükürov mövsümlərarası fasilədə yenidən "sarı-göylər"in "sükanı arxasına" dəvət olunub.

Misli Premyer Liqası
I tur
17 avqust

20:30. “Sumqayıt” – “Kəpəz”

Baş hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, daha əvvəlki qarşılaşmada “Turan-Tovuz” “İmişli”yə 1:0 hesabı ilə qalib gəlib. "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" oyunları heç-heçə başa çatıb - 1:1.

İdman.biz