Saynsdan imtina, Pereslə davam

Xəbərlər
8 May 2024 22:22
Saynsdan imtina, Pereslə davam

Formula-1 komandası “Red Bull” Karlos Sayns ideyasından imtina edib.

İdman.biz xəbər verir ki, Avstriya təmsilçisi Serxio Pereslə müqavilə müddətini artırmağı planlaşdırır.

Almaniya mətbuatına inansaq, “Ferrari”də çıxış edən Saynsın “Red Bull”a yolu bağlanıb. Komanda rəhbərliyinin ispaniyalı sürücü ilə danışıqlar aparacağı gözlənilirdi. Onlar heyətdəki pilotlar - 3 qat dünya çempionu Maks Ferstappen və Serxio Pereslə davam etməyə qərar veriblər.

Qeyd edək ki, Karlos mövsümün sonunda “Ferrari”ni tərk edəcək. Onu yerini böyük britaniyalı Lyuis Hemilton tutacaq.

İdman.biz