“Formula 1” Qatar Airways Azərbaycan Qran-prisinə könüllülərin qeydiyyatı başlayıb - FOTO

Xəbərlər
5 Aprel 2024 11:41
“Formula 1” Qatar Airways Azərbaycan Qran-prisinə könüllülərin qeydiyyatı başlayıb - FOTO

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti sentyabrın 13-15-də keçiriləcək növbəti “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi-2024 üçün könüllülərin qeydiyyat mərhələsinə start verib.

İdman.biz xəbər verir ki, sayca səkkizinci dəfə keçiriləcək Azərbaycan Qran-prisinin təşkili zamanı 1500 könüllünün cəlb olunması planlaşdırılır.

Seçim mərhələsini uğurla başa vurmuş könüllülər “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisinin keçirilməsində müxtəlif sahələrdə, o cümlədən insan resursları, işçi qüvvəsi, media ilə iş, tribunalar, trek, ofis və hava limanı əməliyyatları, həmçinin digər istiqamətlərdə fəaliyyət göstərərək böyük təcrübə əldə edəcəklər.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti fəal, həvəsli, məsuliyyətli, yüksək kommunikasiya və komandada işləmək bacarığı olan könüllüləri Azərbaycan Qran-prisi-2024 komandasına qoşulmağa dəvət edir. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq, müraciətlərin sayı çox olduğu üçün seçim zamanı xarici dil biliyi (ingilis dili) olan və daha öncə könüllü kimi fəaliyyət göstərmiş namizədlərə üstünlük veriləcək.

Könüllülük proqramına 16 yaşdan yuxarı şəxslər müraciət edə bilər.

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində “BCC Akademiya” fəaliyyət göstərir. Hər il olduğu kimi bu il də yarış öncəsi hazırlıqlarla yanaşı, könüllülərimizin fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər keçirilməsini nəzərdə tuturuq. Təlimlərin təşkilində məqsəd gənclərin komanda ruhunu artırmaq, kollektivlə işləmək bacarığını inkişaf etdirmək və onların gələcək inkişafına öz töhfəmizi verməkdir”, - deyə BŞH Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib.

İdman.biz

Məqalədə: