“Ferrari”dən Avstraliyada dubl

Xəbərlər
24 Mart 2024 12:29
“Ferrari”dən Avstraliyada dubl

“Formula-1” üzrə dünya çempionatında Avstraliya Qran-Prisi keçirilib.

İdman.biz xəbər verir ki, 58 dövrəlik yarışın qalibi “Ferrari” pilotu Karlos Sayns olub.

Onun komanda yoldaşı Şarl Lekler yürüşü 2-ci, Lando Norris (“Maklaren”) isə 3-cü pillədə başa vurub. Üç qat dünya çempionu Maks Ferstappen (“Red Bull”) Qran-Prini əyləc problemi üzündən yarışı yarımçıq dayandırmalı olub. Nəticədə niderlandlı pilotun ardıcıl 9 qələbəsinə son qoyulub.

Formula-1. Avstraliya Qran-prisi.

1. Karlos Sayns (“Ferrari”) — 58 dövrə.
2. Şarl Lekler (“Ferrari”) +2,366.
3. Lando Norris (“Maklaren”) +5,904.
4. Oskar Piastri (“Maklaren”) +35,770.
5. Serxio Peres (“Red Bull”) +56,309.
6. Fernando Alonso (“Aston Martin”) +1.20,992.
7. Lens Stroll (“Aston Martin”) +1.33,222.
8. Yuki Tsunoda (“RB”) +1.35,601.
9. Niko Hulkenberq (“Haas”) +1.44,553.
10. Kevin Maqnussen (“Haas”) +1 dövrə.

İdman.biz