“Red Bull”dan “Ferrari”yə transfer

Xəbərlər
20 Mart 2024 19:49
“Red Bull”dan “Ferrari”yə transfer

“Ferrari” 2025-ci il mövsümünün planları üzərində işləyir.

İdman.biz xəbər verir ki, İtaliya komandası tanınmış mütəxəssis Edrian Nyui ilə danışıqlar aparır.

Almaniyanın “Bild” nəşrinin yaydığı məlumata görə, “Red Bull”un texniki departamentinin rəhbəri “Ferrari” ilə razılaşmaya çox yaxındır. Nyui açıqlamasında karyerasının sonunda İtaliya təmsilçisi və Lyuis Hemiltonla işləmək arzusunu gizlətməyib. O, son 3 ildə Avstriya təmsilçisinin dünya çempionu titulunu qazanmasında böyük pay sahibi olub.

Qeyd edək ki, böyük britaniyalı pilot Hemilton növbəti mövsümdə “Ferrari”də çıxış edəcəyini açıqlayıb.

İdman.biz