“Audi” Azərbaycan Qran-prisi öncəsi yenilikləri sirr saxlayır

22 Sentyabr 2026 09:15
30
“Audi” Azərbaycan Qran-prisi öncəsi yenilikləri sirr saxlayır

“Audi” komandası "Formula-1" üzrə qarşıdakı Azərbaycan Qran-prisi üçün bolidin yeniləmələr paketini hazırlayıb.

İdman.Biz UOL nəşrinə istinadən xəbər verir ki, yeniliklər yaxın şənbə günü keçiriləcək Bakı mərhələsində ilk dəfə tətbiq olunacaq. Komanda üçün bu, iyun ayında keçirilən Avstriya Qran-prisindən bəri bolidin ilk ciddi yenilənməsi olacaq.

“Audi” hələlik texniki dəyişikliklərin təfərrüatlarını açıqlamır. Yeniliklər rəqiblərin hazırlığı fonunda xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə “Alpine” avqustun sonunda öz paketini tətbiq etdikdən sonra nəzərəçarpacaq dərəcədə güclənib və son iki mərhələdə “Audi”dən daha yüksək sürət nümayiş etdirib.

Beləliklə, məhz Bakıdakı şəhər trası “Audi” bolidinin yenilənmiş versiyasının ilk sınağı olacaq. Komanda ümid edir ki, texniki yeniliklər ona rəqiblərdən geri qalmanı azaltmağa və mövsümün ikinci yarısında rəqabətqabiliyyətliliyini yaxşılaşdırmağa kömək edəcək.

“Audi”nin pilotlarından biri braziliyalı Qabriel Bortoletodur. Azərbaycan mərhələsi üçün xüsusi olaraq hazırlanmış paketin təfərrüatlarını komanda hələlik sirr saxlayır.

İdman.Biz