Antonelli 19-cu yerdən başlayıb İtaliya Qran-prisinin qalibi oldu

6 Sentyabr 2026 21:35
94
Antonelli 19-cu yerdən başlayıb İtaliya Qran-prisinin qalibi oldu

“Formula 1” üzrə İtaliya Qran-prisi Andrea Kimi Antonellinin qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Mercedes”in italiyalı pilotu güc qurğusunun dəyişdirilməsinə görə aldığı cəza səbəbindən yarışa 19-cu yerdən başlayıb, lakin möhtəşəm geridönüş edərək finiş xəttini birinci keçib.

Antonellinin ön sıralara yüksəlməsində yarışın əvvəlində baş verən hadisə də mühüm rol oynayıb. “Ferrari” pilotu Şarl Lekler ikinci dövrədə qəzaya uğrayıb və bunun ardınca yarış qırmızı bayraqla dayandırılıb.

İkinci yeri Antonellinin “Mercedes”dəki komanda yoldaşı Corc Rassell tutub. “Red Bull” pilotu Maks Ferstappen isə podiumun üçüncü pilləsinə yüksəlib.

Antonelli bununla 2026 mövsümündə yeddinci qələbəsini qazanıb və şəxsi hesabda liderliyini möhkəmləndirib. Onun aktivində 267 xal var. Rassell 201 xalla ikinci, “Ferrari”nin pilotu Lyuis Hemilton isə 191 xalla üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar Kubokunda da “Mercedes” liderdir. Almaniya komandası 468 xal toplayıb. “Ferrari” 346 xalla ikinci, “McLaren” isə 285 xalla üçüncü yerdədir.

Növbəti mərhələ 11–13 sentyabr tarixlərində İspaniyada keçiriləcək.

İdman.Biz