Şarl Lekler İtaliya Qran-prisinin üçüncü dövrəsində qəzaya düşdü - VİDEO

6 Sentyabr 2026 20:35
93
Şarl Lekler İtaliya Qran-prisinin üçüncü dövrəsində qəzaya düşdü - VİDEO

“Formula-1” üzrə İtaliya Qran-prisinin ilk dövrələrində ciddi qəza baş verib.

İdman.Biz xəbər verir ki, “Ferrari”nin pilotu Şarl Lekler yarışın üçüncü dövrəsində sonuncu döngədən çıxışda “McLaren” sürücüsü Oskar Piastridən mövqeyini qorumağa çalışarkən bolidə nəzarəti itirib və baryerə çırpılıb.

Zərbədən sonra təhlükəsizlik avtomobili trasa çıxıb. Bir qədər sonra isə yarış qırmızı bayraqla dayandırılıb.

Monakolu pilot qəzadan xəsarətsiz qurtulub və kokpitdən özü çıxıb.

Hadisə nəticəsində Lekler yarışı erkən başa vurmalı olub.

İdman.Biz