“Formula-1”in lideri İtaliya Qran-prisində sonuncu start götürəcək

3 Sentyabr 2026 19:04
103
“Formula-1”in lideri İtaliya Qran-prisində sonuncu start götürəcək

"Formula-1" üzrə dünya çempionatının lideri, "Mersedes"in pilotu Kimi Antonelli növbəti mərhələdə ciddi problemlə üzləşib.

İdman.Biz xəbər verir ki, 20 yaşlı italyan sürücü mühərrik dəyişikliyinə görə cəzalandırılıb. Bu qərar səbəbindən o, İtaliya Qran-prisində yarışa sonuncu pillədən başlayacaq.

Mövsümün geridə qalan 12 mərhələsindən sonra 242 xalla birinci olan Antonelli ən yaxın izləyiciləri — komanda yoldaşı Corc Rassell və "Ferrari"nin sürücüsü Lyuis Hemiltonu 59 xal qabaqlayır.

Qeyd edək ki, Monsa trasında təşkil olunacaq İtaliya Qran-prisi 4-6 sentyabr tarixlərində keçiriləcək.

İdman.Biz