“Formula-1” üzrə “Maklaren” komandasının britaniyalı pilotu Lando Norris Monako Qran-prisini başa vura bilməyib.
İdman.Biz xəbər verir ki, Norris yarışın gedişində texniki problemlə üzləşib. Bolidində güc sistemi ilə bağlı nasazlıq yaranan pilot mübarizəni vaxtından əvvəl dayandırmalı olub.
Bu, “Maklaren” üçün Monako həftəsonunda növbəti uğursuzluq olub. Norris daha əvvəl sərbəst yürüşdə də elektrik problemi yaşamış, komanda onun bolidində nasazlığı aradan qaldırmağa çalışmışdı.
Qeyd edək ki, Monako Qran-prisində Maks Ferstappen də texniki problemə görə yarışı erkən tərk edib.
