Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət

8 May 2026 12:24
121
Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət

Bu il keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat verib.

Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub.

Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil edib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

İdman.Biz