Maks Ferstappenin adı bankir qalmaqalında

1 Aprel 2026 16:21
274
Maks Ferstappenin adı bankir qalmaqalında

“Formula-1”in dördqat dünya çempionu Maks Ferstappen bu dəfə trasdan kənar hadisələrlə gündəmə gəlib.

İdman.Biz Braziliyanın “Metropoles” nəşrinə istinadla xəbər verir ki, pilotun və ailəsinin həbs edilən bankir Daniel Vorkaro ilə əlaqəsi olduğu iddia edilir.

İstintaq materiallarına istinadən yayılan məlumatda Vorkaronun Maks və sevgilisi Kelli Pike üçün Yeni il tətili zamanı Angra-dus-Reysdə ev kirayələməyə kömək etdiyi bildirilir. Həmçinin digər təmasların da olduğu qeyd edilir.

Kelli Pike sosial şəbəkələrdə bu xəbərlərə sərt reaksiya verib:

“Adlarımızın klikbeyt (diqqət çəkmək) üçün istifadə edilməsi yersiz və qeyri-peşəkarlıqdır”.

Pilotun düşərgəsi bu cür iddiaların həqiqəti əks etdirmədiyini vurğulayıb.

İdman.Biz