İtalyan pilot Yaponiya Qran-prisinin kvalifikasiyasında qalib oldu

28 Mart 2026 12:01
150
İtalyan pilot Yaponiya Qran-prisinin kvalifikasiyasında qalib oldu

"Mercedes" komandasının italyan pilotu Kimi Antonelli Yaponiya Qran-prisinin kvalifikasiyasında qalib gəlib.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İtaliyalı sürücü ən yaxşı nəticəni göstərərək yarışa poul-pozisiyadan(Yarışa hamıdan öndə start verir - red) start hüququ qazanıb.

Onun çıxışı komandasına mühüm üstünlük qazandırıb.

Qran-prinin əsas yarışı Suzuka Circuit trasında keçiriləcək.

İdman.Biz