Ceyms Ellison: “Qırmızı bayraqlar və tüstülənən maşınlar gözləyirdim”

3 Fevral 2026 12:41
96
Ceyms Ellison: “Qırmızı bayraqlar və tüstülənən maşınlar gözləyirdim”

“Mersedes” komandasının texniki direktoru Ceyms Ellison Barselonada keçirilən mövsümöncəsi testlərlə bağlı fikirlərini bölüşüb.

İdman.Biz “Motorsport” nəşrinə istinadla xəbər verir ki, Ellison əsas sürprizin bütün komandalar üzrə müşahidə olunan yüksək etibarlılıq səviyyəsi olduğunu bildirib.

“Düşünürəm ki, bizim üçün və yəqin ki, rəqiblərimiz üçün də ən böyük sürpriz bütün start düzümündə gördüyümüz etibarlılıq səviyyəsi oldu. Bu qədər dəyişiklik fonunda ilk testlərin qırmızı bayraqların və tüstülənən maşınların simfoniyasına çevriləcəyini gözləmək məntiqli olardı, amma bu baş vermədi”, - deyə texniki direktor söyləyib.

Onun sözlərinə görə, əksər hallarda bolidlərin etibarlılığı ötənilki testlərlə müqayisədə eyni səviyyədə, bəzi hallarda isə daha yaxşı olub:

“Bir çox halda maşınların etibarlılığı keçənilki testlərdəki göstəricilərlə müqayisə oluna bilən idi, bəzi məqamlarda isə hətta daha yüksək səviyyədə idi. Halbuki ötən il hər şey artıq sınaqdan keçirilmiş və tam öyrənilmişdi”.

İdman.Biz