“Aston Martin”in gələn mövsüm üçün yeni “Formula-1” avtomobili İspaniyanın Barselona şəhərində keçirilən mövsümöncəsi sınaqlar zamanı trasda dayanıb.
İdman.Biz xəbər verir ki, kanadalı pilot Lens Stroll avtomobili idarə edib. Hadisə 1 və 13-cü döngələrin arasında baş verib və avtomobil debüt etdikdən qısa müddət sonra trasın kənarında dayanıb.
Dayanmanın səbəbi hazırda məlum deyil.
Xatırladaq ki, “Aston Martin” ötən mövsüm Konstruktorlar Çempionatında 89 xal toplayaraq yeddinci yeri tutub. Kuboku 833 xalla digər Britaniya komandası “McLaren” qazanıb.
