“Formula-1” üzrə yeddiqat dünya çempionu və “Ferrari”nin pilotu Lyuis Hemilton yeni bolidin təqdimatı və ilk sınaqdan keçirilməsi barədə bəhs edib.
İdman.Biz-in xəbərinə görə, pilot yeni ildə hədəflərin yeni, məqsədin isə eyni olduğunu bildirib.
“Hər il bunu səbirsizliklə gözləyirəm. İlk bolidin startı həmişə həyəcanverici olur. Fasilə zamanı bizi bura gətirmək üçün çox çalışan hər kəsə böyük təşəkkürümü bildirirəm. Bu bolidi hazırlamaq üçün çoxlu insan bir araya gəldi və bu, bizim ilk günümüzdür.
Azarkeşlər, gəlib bizə enerji verdiyiniz üçün təşəkkür edirəm! Bu, misilsiz bir ehtirasdır. Yeni il, yeni hədəflər. Eyni məqsəd. Xoş gəlmisən, SF-26”, - Hemilton özünün sosial şəbəkə səhifəsində yazıb.
“Formula-1”in digər komandalarının təqdimatı bu tarixlərdə olacaq:
2 fevral — “Mercedes”;
3 fevral — “Williams”;
8 fevraldan 9-na keçən gecə — “Cadillac”;
9 fevral — “Aston Martin”, “McLaren”.
