“Cadillac”ın “Formula-1” proqramının rəhbəri Den Tauriss, “Ford”un “Kral yarışları” seriyasında “Red Bull” komandası ilə birlikdə işləmək yanaşmasını tənqid edib.
İdman.Biz-in məlumatına görə, Tauriss “General Motors”un ilk gündən “Cadillac” komandasında paya sahib olduğunu vurğulayıb.
“Yanaşmalarımız hətta müqayisə edilə bilməz. Bir halda, bu, marketinq müqaviləsidir və bu əməkdaşlığın əhatə dairəsi minimaldır. Eyni zamanda, “General Motors” “Cadillac” komandasında paya sahibdir. Onlar bu layihədə ilk gündən iştirak ediblər və mühəndislik tərəfində dərindən iştirak edirlər. Bu iki yanaşma çox fərqlidir” – “The Athletic” Taurissin sözlərini sitat gətirib.
Xatırladaq ki, “Cadillac” “Formula-1”də 2026-cı ildə debüt edəcək. Komandanın heytətində meksikalı pilot Serxio Peres və fin Valtteri Bottas çıxış edəcək.
