Oskar Piastri 2025-ci il mövsümündə “Formula-1” antirekordunu qırıb

Xəbərlər
2 Yanvar 2026 21:38
40
Oskar Piastri 2025-ci il mövsümündə “Formula-1” antirekordunu qırıb

“McLaren” komandasını təmsil edən 24 yaşlı avstraliyalı sürücü Oskar Piastri 2025 mövsümünün yekunlarına dair “Formula-1” antirekordunu qırıb.

İdman.Biz bildirir ki, Oskar titul qazanmadan 15 Qran-pri yarışında turnir cədvəlinə liderlik edən ilk “Formula-1” sürücüsü olub.

Piastri beşinci raundda, Səudiyyə Ərəbistanı Qran-prisində qələbə qazandıqdan sonra liderliyə yüksəlib. Avstraliyalı sürücü Meksika Qran-prisindən (20-ci tur) sonra liderliyini itirib və orada beşinci yeri tutub, komanda yoldaşı Lando Norris isə qalib gələrək liderliyi ələ keçirib.

Norris Əbu-Dabidə keçirilən final raundunda üçüncü yeri tutaraq çempion olub.

İdman.Biz