Maks Ferstappen hazırlığına boksu əlavə etdi - VİDEO

Xəbərlər
2 Yanvar 2026 17:23
43
Maks Ferstappen hazırlığına boksu əlavə etdi - VİDEO

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen yeni mövsümə hazırlıq çərçivəsində məşq proqramına boksu əlavə edib.

İdman.Biz xəbər verir ki, ötən mövsüm beşqat dünya çempionu olmaq şansını qaçıran dördqat Formula-1 çempionu trasda reaksiya və aqressivliyini artırmaq üçün bu dəfə fərqli üsula əl atıb.

Hazırkı mərhələdə nəticələrin yüksək səviyyədə olmadığı qeyd olunsa da, məşqlərin yüksək səviyyəli mütəxəssisin rəhbərliyi altında aparılması gələcəkdə irəliləyişin olacağını göstərir.

Məlumata görə, Ferstappenin yanında məşqçi kimi çıxış edən şəxs boks dünyasının əfsanəvi simalarından olan, dörd çəki dərəcəsində keçmiş dünya çempionu meksikalı Xorxe Arsedir.

İdman.Biz