Stefano Domenikali: “Ferrari”nin plana ehtiyacı var”

Xəbərlər
30 Dekabr 2025 20:39
55
Stefano Domenikali: “Ferrari”nin plana ehtiyacı var”

“Formula-1”in direktoru Stefano Domenikali “Ferrari” komandası haqqında danışıb.

İdman.Biz bildirir ki, daha əvvəl Domenikali həmin komandanın rəhbəri vəzifəsində çalışıb.

“Deməliyəm ki, mən kifayət qədər pozitiv insanam. Düşünmürəm ki, ağlayıb həmişə mənfi olmağın heç bir mənası var. Komandanın bir planı olmalıdır. Əminəm ki, Vasser, Hemilton və Leklerin bir planı var. Və əsas məsələ budur. Dərhal reaksiya vermək və çempionatda dördüncü yeri normal hesab etməmək vacibdir. Bizə güclü “Ferrari” lazımdır və komanda daha güclü mövqedə olmağa layiqdir.

Buna görə də komanda bu qış düzgün enerji və düzgün düşüncə tərzi əldə etmək üçün çalışmalıdır. Hamı gələn mövsümdən danışır, amma heç kim güc balansının necə olacağını bilmir”, - deyə Domenikali Sky Sports-a bildirib.

İdman.Biz