“Toro Rosso/Alfa Tauri” (indiki “Racing Bulls”) komandasının keçmiş rəhbəri Frans Tost, yeddiqat “Formula-1” çempionu Mixael Şumaxerin ağır zədələnməsini öyrəndiyi günlə bağlı xatirələrini bölüşüb.
İdman.Biz bildirir ki, hadisə düz 12 il əvvəl, 29 dekabr 2013-cü ildə baş verib.
Avstriyalı əvvəlcə xəbərə inanmadığını etiraf edib.
“Sadəcə düşündüm ki, “Mixael nə qədər məşhurdur ki, xizək qəzası xəbərlərdə yer alır?” Mən narahat deyildim, çünki tez-tez Mixaellə xizək sürürdüm. O, çox yaxşı xizəkçi idi və risk etmirdi.
Qəzanın nəticələrini öyrənəndə sadəcə inana bilmədim. Sarsıldım və şoka düşdüm”, - Tost deyib.
