Vilnöv Ferstappenin Şumaxer və Hemiltonun rekordunu qırmaq şanslarını qiymətləndirib

Xəbərlər
27 Dekabr 2025 01:03
39
Vilnöv Ferstappenin Şumaxer və Hemiltonun rekordunu qırmaq şanslarını qiymətləndirib

1997-ci il dünya çempionu və hazırkı ekspert Jak Vilnöv dördqat dünya çempionu və “Red Bull”un pilotu Maks Ferstappenin yeddi və ya səkkiz “Formula 1” titulunu qazanmaq şanslarını qiymətləndirib.

İdman.Biz xəbər verir ki, Vilnövün fikrincə, Ferstappen “Formula-1”in ən yaxşı pilotudur.

“Bu il Ferstappen “Formula-1”də ən yaxşı pilot olduğunu və Senna, Prost və Mansellə bir sırada dayanmağa tam layiq olduğunu nümayiş etdirdi. Maks heç vaxt təslim olmur. O, əsl döyüşçüdür və həmişə sona qədər mübarizə aparır. Dünya çempionu belə olmalıdır” – “RacingNews365” Vilnövdən sitat gətirib.

“Ferstappen yeddi və ya səkkiz titul qazanmağa qadirdirmi?” sualına cavab verərkən Vilnöv deyib:

“Belə deyək ki, onun istedadı və götürmək qabiliyyəti var. Əgər şansı olarsa, o, bundan istifadə edəcək. Ona görə də, suala cavabım “bəli”dir”.

İdman.Biz