Maks Ferstappen karyerasının dönüş nöqtəsi barədə danışıb

Xəbərlər
26 Dekabr 2025 01:48
55
Maks Ferstappen karyerasının dönüş nöqtəsi barədə danışıb

Dördqat “Formula 1” çempionu, “Red Bull”un pilotu Maks Ferstappen 2018-ci il Kanada Qran Prisini karyerasında dönüş nöqtəsi adlandırıb.

İdman.Biz xəbər verir ki, Ferstappen bunu “Talking Bulls” podkastında danışıb.

“2018-ci ilin əvvəli idi. Düşünürəm ki, ilk yeddi yarışda sadəcə səhvlər edirdim. Məhz o zaman mənfi bir spirala düşürsən. Daha çox çalışmağa can atırsan, amma bu, alınmır. Özüm barədə həqiqətən məyus idim və sonra Monreal dönüş nöqtəsi oldu. Deməliyəm ki, o gündən etibarən hər şey həqiqətən normallaşdı”, – “GPblog” Ferstappenin “Talking Bulls” podkastına açıqlamasından sitat gətirib.

İdman.Biz