“Kick-Sauber”, “Audi”yə çevrilməzdən əvvəl bütün pilotlarının FOTOLARINI dərc edib

Xəbərlər
16 Dekabr 2025 05:05
60
“Kick-Sauber”, “Audi”yə çevrilməzdən əvvəl bütün pilotlarının FOTOLARINI dərc edib

“Kick-Sauber” “Formula-1” komandasının mətbuat xidməti sosial mediada F1 Qran-prisi tarixində İsveçrə komandası üçün yarışan bütün pilotların fotosunu paylaşıb.

İdman.Biz bildirir ki, 2026-cı il mövsümündən etibarən komanda “Audi” olacaq.

Komanda sosial mediada şəklin altına "Bu Sauberdir. Bu bizim tariximizdir. Bütün bu pilotlar olmadan əldə etdiyimiz şeylərə nail ola bilməzdik. Onların bütün səyahətlərinin bir hissəsi olmaq şərəf idi" şərhini yazıb.

İdman.Biz