“Mercedes”in baş direktoru Toto Volf şirkətin mühərrik təchiz etdiyi müştərilərin sayını azaltmaq planları barədə danışıb.
İdman.Biz xəbər verir ki, “Mercedes” bununla öz yükünü azaltmaq fikrindədir.
“Hazırda “Ola” şirkəti ilə də müzakirələr aparırıq və o fikirdəyik ki, növbəti dövrdə mühərriklə təchiz etdiyimiz komandaların sayını azaldaq. Komandaların optimal sayı, ehtimal ki, iki və ya üç olacaq.
Bu, gələcəkdə qüvvəyə minəcək yeni qaydalardan asılıdır. Onların daha sadə və ya daha mürəkkəb olub-olmayacağını bilmirik. Fikrimizcə, biz bundan nəsə öyrənə biləcəyik. Eyni zamanda, bəzi layihələr barədə əvvəlcədən qərar verməliyik” – Volf “RaceFans”a deyib.
O əlavə edib ki, “Mercedes” gələn il bütün komandalar üçün 16 güc aqreqatı istehsal etməli olacaq. Bu isə daha uzun çatdırılma müddəti və daha uzun istehsal dövrləri deməkdir.
