Karlos Sayns Las-Veqas Qran-prisində unikal göstəriciyə imza atıb

Xəbərlər
22 Noyabr 2025 20:05
20
Karlos Sayns Las-Veqas Qran-prisində unikal göstəriciyə imza atıb

“Williams” komandasının ispan pilotu Karlos Sayns hər üç Las-Vqgas Qran-prisində ilk üçlüyə düşən yeganə pilot olub.

İdman.Biz bildirir ki, 2023 və 2024-cü illərdə “Ferrari” komandasında çıxış edən Sayns ikinci, bu mövsüm isə üçüncü yeri tutub.

“McLaren” pilotu Lando Norris Las-Veqas Qran-prisinin seçmə mərhələsində qalib gəlib. İkinci yerdə “Red Bull” komandasından dördqat və hazırkı dünya çempionu Maks Ferstappendir.

Saynsın komanda yoldaşı Aleks Albon seçmə mərhələdə 16-cı yeri tutub.

İdman.Biz